2 Sentyabr, 2014
“Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərəcək” - POLİTOLOQ

“Türkiyənmin yenin seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu vaxtlarda da Azərbaycanı və Şimali Kipr Türk Respubliksını (ŞKTR) hər zaman üstün tutub”.

Bunu Simsar.az-a sabiq diplomat, politoloq Fikrət Sadıqov Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoağanın bu gün Azərbaycana edəcəyi səfərin detallarını şərh edərkən deyib.

O bildirib ki, Ərdoğan ilk səfərlərini hər zaman Azərbaycanı və Şimali Kipr Türk Respubliksına edib. Bu dəfə prezident olaraq Azərbaycanı qardaş və müttəfiq ölkə hesab edərək səfərə gəlir: “Təbii ki, görüş zamanı müəyyən məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi olacaq. Eyni zamanda ikitərəfli münasibətlərin inkişafı, mövcud layihələrin genişləndirilməsi və müxtəlif layihələrin gerçəkləşməsi məsələlələri də müzakirə olunacaq. Əminəm ki, Türkiyə-Ertmənistan sərhədlərinin açılmasıyla bağlı yayılan söz-söhbətlər də ciddi müzakirə olunacaq. Bu da ikitərəfli münasibətlərin dərinləşməsinə böyük təkan verəcək”.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolu böyükdü. Hər zaman Azərbaycanın yanındadır.  Buna görə də Ermənistanla bütün diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb. Bütün beynəlxalq tirbunalardan Azərbaycanın xeyrinə çıxışlar edilir. Rəsmi Ankara hər zaman Azərbaycanı dəstəkləyir və bu kursdan dönməyəcək. Amma reallıq ondan ibarətdir ki, münaqişəni aparıcı dövlətlər nəzarətə götürüblər. Bir sıra məsələlərin həlli də bu dövlətlərin siyasətindən asılı olacaq. Bu, heç də o demək deyil ki, Türkiyə geri  çəkiləcək, biganəlik göstərəcək. Düşünürəm ki, Ərdoğan aktiv dövlət başçısı olaraq məsələnin həllində fəal iştirak edəcək. Məsələ hər zaman Azərbaycanın xeyrinə gündəmdə qalacaq” - Fikrət Sadıqov belə deyib.

Hüseyn İbadlı

Siyasət Şöbəsi


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!