2 Sentyabr, 2014
Ukrayna Müdafiə Naziri: “Rusiya müharibəyə başladı”

Ukrayina Müdafiə Naziri Valeriy Heletey, Rusiyanın böyük bir müharibə başlatdığını, bunun 10 minlərlə insanın ölümünə səbəb olacağını deyib: “Böyük bir müharibə qapımıza dirənib. Bu İkinci Dünya Müharibəsindən bu tərəfə bənzəri görülməyən müharibədir”.

Simsar.az xəbər verir ki, açıqlama, Ukrayna əsgərlərinin Luqansk aeraportunu seperatçılara təslim etmək məcburiyyətində qaldıqdan sonra verilib. Heletey bu açıqlamanı sosial şəbkədə paylaşıb.  Rusiyadan isə bu iddialar yalanlanaraq, Ukraynadakı üsyançılara ərzaq və silah yardımı edildiyini bildirilib.

Ukrayna əsgərləri geri çəkilir

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, “Bu cür açıqlamanın sivil bir dövlətin müdafiə naziri tərəfindən edilməsinə inanmaq çətindir”, - deyib.

Dünən Ukraynanın şərqindəki döyüşlərdə Rusiyaya meyilli silahlılar üstünlük əldə ediblər, Ukrayna ordusu isə geri çəkilib.

Döyüşlər başlayandan bu günə kimi, 700-ə yaxın Ukrayna əsgərinin seperatçılar tərəfindən əsir alındığı açıqlanıb.

Rusiya açıq şəkildə hücum edir

Ukrayna prezidenti Petro Proşenko da, Rusiyanı birbaşa və açıq şəkildə ölkəsinə hücum etməkdə günahlandırıb. Prezident, Ukrayna güclərinin son günlər aldığı məğlubiyyətlərə görə, orduda önəmli dəyişikliklər ediləcəyini bildirib.

Ukraynanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı daimi təmsilçisi İqor Prokopçuk, beynəlxalq ictimaiyyətin Moskva üzərindəki sanksiyaları sərtləşdirilməsinin və Ukraynaya özünü müdafiə etməsi üçün hərbi yardım göndərməsinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə NATO, 1000-ə qədər Rus əsgərinin Ukrayna sərhədlərini keçdiyini və ölkənin şərqindəki seperatçılara yardım etdiyini bildirmiş, buna aid peykdən çəkilən fotolar yaymışdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!