2 Sentyabr, 2014
İlovayskda 100-dən artıq Ukrayna hərbçisi öldürüldü - VİDEO

Rusiya ilə sərhəddə yerləşən Donetsk vilayəti İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə Ukrayna Ordusunun böyük itki verdiyi açıqlanıb. Simsar.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri Ukraynanın Dneprepetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Boris Filatov verib.

O deyib ki, şəhər uğrunda gedən döyüşlərdə 100-dən artıq ukraynalı hərbçi həlak olub.

B. Filatovun sözlərinə görə, separatçılar Rusiya Ordusunun hərbi artileriya sistemlərinin dəstəyi ilə Ukrayna hərbçilərinin mövqelərini dağıtmağa müəssər olub: “Müharibə bütün dəhşətləri ilə davam edir. Artıq hər iki tərəf bir-birinə faşist gözü ilə baxır”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından isə bildirilib ki, İlovaysk şəhəri ətrafında gedən döyüşlərdə 200-ə yaxın Ukrayna hərbçisi əsir götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!