2 Sentyabr, 2014
İŞİD-dən ABŞ-a cavab: 25 nəfər edam edildi

ABŞ Hava Qüvvələri, İraqın Mosul şəhərinə bağlı Zummar nahiyəsi yaxınlarında 11 İŞİD hərbçisini öldürüb, 17 silahlı isə yaralanıb.

Mosuldakı Əl-Cumhuri xəstəxanasının həkimi Vəlid Casimin verdiyi açıqlamada xəstəxanaya İŞİD silahlısı tərəfindən 11 ölü, 17 yaralı gətrildiyini bildirib.

Bu son hücumla ABŞ-ın İraqa havadan təşkil etdiyi əməliyyatın sayı 123-ə çatıb.

İŞİD daha 25 nəfəri edam edib

İraqın Səlahəddin vilayətində 25 nəfərin İŞİD tərəfindən edam edildiyi bildirilib. İraq Məclisi Təhlükəsizlik Komitəsi Üzvü Salah əd-Duleymi, “İŞİD onlara itaət etmədikləri üçün 2 gün qabaq 25 sünni vətəndaşın başını kəsdi” - deyib. Onun sözlərinə görə yol kənarına atılan cəsədlər, vətəndaşlar tərəfindən ailələrinə təslim edilsin deyə, xəstəxanaya aparılıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!