2 Sentyabr, 2014
Kliçko Berlini köməyə çağırdı

Kiyev meri Vitali Kliçko Ukrayna ordusu üçün hərbi ləvazimat tədarükü çağırışı ilə Almaniya hökumətinə müraciət edib.

Simsar.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Kiyev meri Amaniyadan  iraqlı kürdlərə göndərilən silah və raket qurğularını deyil, yalnız zirehli gödəkcələr və dəbilqələr istəyib.

Artıq üç aydan artıqdır ki, Kiyev NATO ölkələrindən dəstək istəyir. Çağrışların nəticəsiz qaldığını görən ukraynalı siyasətçi və boks üzrə dünya çempionunun yazdığı məqalə çərşənbə axşamı “Bild” qəzetində dərc edilib.

"Söhbət Avropa və onun dəyərlərinin qorunmasından gedir. Avropa nəhayət anlamalıdır ki, söhbət təkcə Uraynanın müdafiəsindən getmir. Əsas məqsəd Avropanı və dəyərləri qorumaqdır. Çünki Putinin əsas hədəfi bu dəyərləri məhv etməkdir” - Ukrayna siyasətçisi yazır.

Bildirək ki, daha öncə Kiyev Berlinə silah göndərilməsi xahişi ilə müraciət edib. Lakin avqustun 31-də Brüsseldə Avropa Birliyinin sammitinin yekunları üzrə jurnalistlər üçün keçirilən brifinqdə, Almaniya kansleri Angela Merkel alman silahının Ukraynaya nəqlinin mümkünlüyünü rədd edib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!