2 Sentyabr, 2014
“Brent” markalı neftin qiyməti artdı

“Brent” markalı neftin qiyməti dünən, cümə günü ticarət birjalarının yekunu ilə müqayisədə nisbətən aşağı düşüb.

Simsar.az  FİNMARKET-ə istinadla xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersi Londonun ICE birjasında cəmi 0,4 dollar ucuzlaşaraq (-0,4%) bir barrel üçün 102,79 dollar təşkil edib.

ABŞ birjaları isə dünən bayram münasibətilə bağlı olub (Əmək günü).

Bu gün qara qızıl qiyməti müxtəlif istiqamətlərdə dəyişir. Nyu-Yorkun elektron birjalarında WTI oktyabr kontraktının dəyəri 0,11 dollar ucuzlaşaraq bir barrel üçün 95,85 dollar təşkil edib. “Brent” markalı neftin barreli Londonda 0,04 dollar qalxaraq 102,83 dollar təşkil edib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!