2 Sentyabr, 2014
Bakının 2 rayonunda içməli su olmayacaq

Bu gün Bakının iki rayonunun su təchizatında fasilələr yaranacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!