2 Sentyabr, 2014
Cəbhədə GƏRGİNLİK

Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!