2 Sentyabr, 2014
"Beşiktaş"da argentinalı futbolçu

Bu mövsüm Türkiyəni Avropa Liqasında təmsil edəcək "Beşiktaş" növbəti transferini rəsimləşdirib. Simsar.az saytının məlumatına görə, İstanbul klubu Joze Ernesto Sosa ilə razılığa gəliblər.

“Qara-qartalar” Xarkov “Metallist”ində forma geyinən argentinalı yarımmüdafiəçini bir illik müddətinə komandaya cəlb ediblər. İstanbul təmsilçisinin heyətində çıxış edəcək Sosanın icarə haqqının qiyməti 1 milyon 400 min avro göstərilir.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Madrid "Atletiko"sunda keçirən Soso İspaniya klubunda yalnız 15 oyunda meydana çıxmağa şans əldə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!