1 Sentyabr, 2014
Davudoğlu: “Türkiyənin taleyini dəyişəcəyik”

Türkiyənin yeni təyin olunmuş baş naziri Əhməd Davudoğlu hökumətin proqramını Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Simsar.az-ın məlumatına görə, proqramda "İctimai inteqrasiya və həll prosesi" başlığı altında, kürd münaqişəsinin həlli istiqamətində bundan sonra atılacaq addımlardan bəhs edilib. Dövlətin mənsub olduğu  əvvəlki AK Partiya hökumətlərinin problemə baxışı müzakirə edilib.  "Vətəndaşlarımızın əsas hüquq və azadlıqlarını inkişaf etdirmək, problemlərini ortadan qaldırmaq, ayrı-seçkilik edilmədən bütün seqmentlərə  malik siyasi kanallarını açmaq, hər kəsi bərabərhüquqlu  vətəndaş olaraq  görmək və bunu təmin etmək  yeni Türkiyənin inşası baxımından əhəmiyyətlidir" – Baş nazir bildirib.

Daha sonra o, münaqişənin  həlli istiqamətində  yeni yol xəritəsinin hədəflərini, terrorun bitməsini, insanları ictimai həyata həvəsləndirməyi  və onların  demokratik həyatda fəal iştirak etmələri üçün lazımi addımlaın atılacağını deyib.

“Həlli müşkül olan vətəndaşlıq qruplaşmasını pozub onların vətəndaşlıq və ortaq aidiyyəti anlayışını həyata keçirməyi hədəflədik. Bu proses, cəmiyyətdə  insanların psixologiyasını bərpa edərək, yeni bir  vətəndaş şüurunu ortaya çıxaracaq. Hökumət olaraq biz Türkiyənin taleyini  dəyişdirəcək bu qardaşlıq layihəsini dörd əllə  qucaqlamağı davam etdirəcəyik" - Davudoğlu əlavə edib.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!