1 Sentyabr, 2014
Merkel: “Rusiyanın addımları cavabsız qalmayacaq”

Almaniya Kansleri Angela Merkel Almaniyanın iqtisadi cəhətdən ziyan görəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların davam edəcəyini bildirib.

Simsar.az xəbər verir ki, paytaxt Berlində mətbuat konfransı təşkil edən Merkel Rusiyanın atacağı addımlara hər zaman qarşılıq veriləcəyini qeyd edib:

“Alman şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkəcəyini demişdim. Amma bunu da deməliyəm ki, Avropada sərhədləri dəyişdirib başqa ölkələrə hücum etmək də bizim xeyrimizə deyil. Rusiyanın atdığı addımları kənardan seyr edə bilmərik. Buna görə də yeni sanksiyaları hazırlamağımız qaçılmazdır”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!