1 Sentyabr, 2014
"Xəzər xəbər"in rəhbəri işdən çıxarıldı

Xəzər TV-nin Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostan və bir sıra şəxslər tutduqları vəzifədən azad ediliblər. Ünlübostanı bu vəzifədə İnqilab Məmmədov əvəz edib.

Bu barədə Axar.az-ın əməkdaşına telekanaldakı mənbədən məlumat verilib.

Məsələ ilə bağlı İbrahim Ünlübostan Axar.az-a danışaraq məlumatı təsdiqləyib:

“Bəli, məlumat doğrudur, artıq Xəzər TV-də çalışmayacağam. Türkiyədən gəlmişdim, indi də ölkəmə geri qayıdıram”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!