1 Sentyabr, 2014
“Sözsüz” “Belaya Veja”da

12-20 sentyabr tarixlərində Belarus Respublikasının Brest şəhərində XVIII “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı keçiriləcək. Simsar.az xəbər verir ki, festivala Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi də dəvət olunmuşdur. Kollektiv festivalda S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edəcəkdir. Quruluşçu rejissoru İsa Əsədov olan tamaşanın əsas qəhrəmanı Əməkdar Artist Şövqi Hüseynovdur.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!