1 Sentyabr, 2014
Rusiyanın görkəmli rejissorları Bakıya gəlir

Sentyabr ayının 18-23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcək. Simsar.az xəbər verir ki, Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor  laboratoriyasında iştirak edəcək Rusiya və Azərbaycanın tanınmış teatr rejissorları dəyirmi masalar keçirəcək, ölkəmizin aparıcı teatrlarının tamaşalarına baxaraq müzakirələr aparacaqdır. Bundan başqa rejissor laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!