1 Sentyabr, 2014
İsveç sel sularına qərq oldu

Simsar.az xəbər verir ki, İsveçin cənubunda yerləşən Malmö şəhərində bir aylıq yağışın miqdarının bir saatda yağıdığını ifadə edən səlahiyyətli şəxslər, nəticədə şəhərin selə təslim olduğunu bildirib. Malmödə bir çox ağacın kökündən qopduğunu deyən səlahiyyətli şəxslər, yolların bağlandığını və əlaqələrin kəsildiyini qeyd edib. Güclü yağışlardan sonra bir çox bölgədə elektriklər kəsilib. Polis əməkdaşları Malmödə 500-dən artıq evə elektrik verilmədiyini və zərər çəkən insanları xilas etmə işlərinin davam etdirildiyini bildirib.

Səlahiyyətli şəxslər son 5 gündür Malmönü təsiri altına alan sel sularının yavaş-yavaş çəkildiyini və təmizlənmə işlərinin başladıldığını bildirib.

Seldən zərər çəkən ölkələrdən biri də Danimarka oldu. Danimarkada da 3 saat ərzində yağan yağış bir çox bğlgələrdə sel təhlükəsinin yaşanmasına səbəb olub.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!