1 Sentyabr, 2014
Həyat yoldaşı Murad Göyəbaxana xəyanət edib - İDDİA

Bir ay əvvəl dünyasını dəyişən məşhur türk müğənnisi Murad Göyəbaxanın gözüyaşlı anası “Oğlum xərçəngə qalib gəldi, xəyanətə məğlub oldu” deyib.

Simsar.az xəbər verir ki, ailəsi və sevənləri Murad Göyəbaxanın hüznü içərisindəykən, müğənnini anası Xədicə Göyəbaxandan skandal bi açıqlama verib. Həyat yoldaşı Səmanın oğluna xəstə yatağındaykən xəyanət etdiyini iddia edən Xədicə Göyəbaxan bunları deyib: “Murad həyat yoldaşı Səmanı çox sevirdi. Evlilikləri çox yaxşı davam edirdi. Ancaq 2009-cu ildə qrip oldu. Xəstəxanaya getdiyi zaman, həkim ona qan xərçəngi olduğunu və müalicə olunmazsa az ömrü qaldığını demişdi. Oğlum vaxt itirmədən xəstəxanada yatdı. 2010-cu ildə xərəngə qalib gəldi. Amma həyat yoldaşı onu xəstə yatağında yatarkən aldatdı. Oğlum xərçəngə qalib gəldi, ancaq çox sevdiyi həyat yoldaşınun xəyanətinə çox üzülmşüdü. Bir də banklara borcu var idi. Təxminən 350 min lirə olan borcunu ödəyə bilmək üçün çalışırdı. Bu müddət ərzində çox dərd çəkdi. Dərddən xəstəlik keçən il təkrarlandı. Bu dəfə həyat uğrundaapardığı mübarizədə məğlub oldu”

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!