1 Sentyabr, 2014
Medvedyevin İrəvan səfəri ləğv edildi

“Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələlərinin müzakirəsi dövlət başçıları platformasına köçürülüb”.

Simsar.az News.am-a istinadla xəbər verir ki, bunu keçirdiyi bvrifinqdə Ermənistanın baş naziri Ovik Abramyan deyib.

O bildirib ki, Rusiya baş naziri Dmitri Medvedyevin 8-9 sentyabrda Ermənistana səfəri ləğv edilib: “AİB-nə üzv ölkələrin dövlət başçılarının görüşməsi 10 oktyabrda Minskdə reallaşacaq. Bu funksiyanın reallaşdırılması üçün baş nazirin Ermənistanı ziyarəti ilə bağlı razılaşma var idi. İndi dövlət başçıları platformasına köçürüldü. Qazağıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 10-da prezidentlərin Minskdə görüşəcəyini bildirib”.

Xatırladaq ki, Rusiya baş nazirininin 8-9 Sentyabrda Ermənistanı ziyarət edəcəyinə dair şərh Ovik Abramyandan gəlmişdi.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!