1 Sentyabr, 2014
Abituriyentlərin nəzərinə!

Orta ixtisas məktəblərinə ixtisas seçimi elanının tam mətni çap olunub.

“Abituriyent” jurnalının xüsusi buraxılışında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanının tam mətni çap olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, jurnalın bu sayında həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Həmçinin abituriyentlər jurnalın bu sayınıhttp://tqdk.gov.az/ejurnal ünvanından elektron formatda (pdf formatda) əldə edə bilərlər.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!