1 Sentyabr, 2014
Ukrayna: “Əsgərlərimiz Luqanskda rus əsgərləri ilə döyüşür”

Ukrayna Rusiya sərhəddində yerləşən Luqansk şəhərində Ukrayna əsgərlərinin Rus tankları ilə müharibə şəraitində olduğunu ifadə edib.

Simsar.az xəbər verir ki, Ukrayna ordusunun nümayəndəsi Leonid Matyukin, facebook səhifəsində yazdığı açıqlamda: “Luqanskdakı hava limanının nəzarət altına almaq üçün Ukrayna əsgərləri ilə Rus gücləri arasındakı döyüşlər davam edir” deyib. Ukrayna Müdafiə Naziri Valeriy Qeletey isə Rus güclərinin aralarında Donetskin də olduğu bir çox şərq bölgələrini ələ keçirtməyə çalışdığını qeyd edib.

NATO ötən günlərdə Moskva hkümətinin Ukrayna sərhəddindən bir çox hərbi maşın və texnika keçirdiyini ifadə etmişdi. Moskva höküməti isə bu istiqamətdəki iddiaları rədd edərək, Ukrayna hakimiyyətindən dəlil təqdim etməsini istəmişdi.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!