1 Sentyabr, 2014
ABŞ-da təyyarə düşdü, 5 nəfər öldü

ABŞ-ın Kolorido əyalətində kiçik bir təyyarənin düşməsi nəticəsində 5 nəfər həyatını itirib.

Simsar.az Amerika mətbuatına istinadən xəbər verir ki, ABŞ Milli Nəqliyyat Heyətinin nümayəndəsi Peter Knudson, Piper PA-46 tipli təyyarənin qalxdıqdan bir müddət sonra əyalətin paytaxtı Denverin şimalındakı Eire Hava Limanı yaxınlığında yerə düşdüyünü açıqlayıb. Knudson təyyarədə olan 5 nəfərdən üçünün hadisə yerindəcə dünyasını dəyişdiyini, iki nəfərin isə xəstəxanada öldüyünü bildirib. Tyyarnin düşmə səbəbi hələlik məlum deyil.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!