1 Sentyabr, 2014
Atatürkün içki içməsi ilə bağlı - MARAQLI BƏHANƏ

“Zehni çox işlədiyi üçün Atatürk içkini dərman kimi qəbul edirdi”.

Simsar.az xəbər verir ki, Türkiyənin keçmiş Baş qərargah rəisi general İlkər Başbuğ Atatürk haqqında maraqlı açıqlamalar verib.

Avqustun 30-u Türkiyənin Zəfər bayramı münasibəti ilə Foks TV-də iştirak etdiyi proqramda Atatürkün əsgər və liderliyi haqqında danışan Başbuğ bunları deyib:

“Atatürk döyüşməyi ən son çarə olaraq görən komandir idi. Əvvəlcə sülh yolu ilə həll axtarar, ancaq yol tapmayanda müharibə etməyə qərar verərdi. Atatürkün ən böyük məyusluğu ikinci bir siyasi partiyanın qurulub həyatını davam etdirə bilməməsidir. Əgər Atatürk sağ qalsaydı, Türkiyədə ikinci partiyanın qurulma tarixi 1946-cı ildən əvvəl olardı.

Atatürk “Bizim dinimiz İslam dinidir. Ən məqbul, ən son dindir”, - deyib. İndi Atatürkə dinsiz idi deyə bilərlərmi? “Mənsubu olduğumuz İslam dindarlığını siyasətə alət olmaqdan qurtarmalıyıq, yüksəltməliyik” deyərək dinlə siyasəti ayırıb, dini yüksəltmək istəyirdi. Atatürk dini Allahla bəndələr arasında bir vasitə olaraq görürdü. Dinin siyasi və fərdi məqsədlər üçün istifadə edilməsinə qarşı olub. Atatürk içkini dərman olaraq qəbul edirdi, zehni çox işlədiyi üçün”.

General son dövrlər orduya edilən haqsızlıqlardan da danışıb: “Son illərdə Türk ordusuna böyük haqsızlıq edildi. Bu haqsızlığın altından TBMM-in atacağı addımlarla və türk xalqının böyük dəstəyi ilə çıxmaq olar”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!