1 Sentyabr, 2014
Misirdə sərnişin avtobusu aşdı: 42 yaralı

Misirin Qızıldəniz vilayətində bir sərnişin avtobusunun aşması nəticəsində 42 nəfər yaralanıb.

Simsar.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə Misirin Təcili Yardım Xidmətlərinin müdiri həkim Hüsam Cəmil, Qahirədən Hurqada gedən sərnişin avtobusunun Qızıldənizin Ras Qərib yolunda aşdığını bildirib. Qəzada 6-sı ağır olmaqla 42 nəfər yaralanıb. Həkim Hüsam Cəmil avtobudakı sərnişinlərin hamısının misirli olduğunu qedy edib.

Statistikaya görə Misir, ölümlə nəticələnən yol qəzalrıa grə Orta Şərq ölkələri arasında ilk sıralarda yer alır.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!