1 Sentyabr, 2014
Pakistanlılar milli kanalı zəbt etdilər

Xəbər verdiyimiz kimi Pakistanda keçən həftədən başlayan hökumət əleyhinə mitinqlər şiddətlənməkdə davam edir. Etirazçılar ölkənin milli kanalı PTV-nin İslamabaddakı mərkəzi binasına hücum ediblər.

Milli kanalın qapılarını qırıb içəri girən qəzəbli kütlənin görüntüləri, canlı yayımda efirə verilib.

Ölkənin digər kanalları isə, hadisələrin yatrılması üçün ordudan kömək istəyiblər.

Bu səhər şiddətlənən aksiyada etirazçılar həmçinin, hökumət binalarını daşa tutublar.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!