1 Sentyabr, 2014
Bakıda ağır yol qəzası: ər və arvad öldü

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Korgöz qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Şıxzadə Zabil oğlu Əliyevin idarə etdiyi 12 BD 227 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə 1972-ci il təvəllüdlü Elxan Telman oğlu Cabbarovun idarə etdiyi 90 JD 223 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili  toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü və həyat yoldaşı, 1973-cü il təvəllüdlü Yeganə Musa qızı Əliyeva hadisə yerində ölüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!