1 Sentyabr, 2014
Millimiz Kontinental Kubokun qalibi oldu

Serbiyada keçirilən Kontinental Kubokun ikinci etapinda birinci yerə sahib çıxıb.

Simsar.az xəbər verir ki, xanımların mübarizəsində Azərbaycan təmsilçiləri hamıdan güclü olublar. Yuliya Kərimova - Rakel Qonzales Fereyra meydan sahibləri Nina Skariç - Aleksandra Frajtoviç və Zinaida Lyubimova - Vivian Kunya cütü digər serb nümayəndəsi Milena Matiç - İsidora Yeqiçi üstələyərək turnirin qalibi adını qazanıblar. Yarışda həmçinin Albaniya və Estoniya təmsilçiləri də iştirak ediblər.

Leonid Gritsai - Bernardo Wermelinger Romano və Artem Fedorov – Meilton Moises Santos Mercesdən ibarət duetlərimiz isə turnirin finala kimi irəliləyə biliblər. Həlledici görüşdə hər iki cütümüz bolqar rəqiblərinə, müvafiq olaraq Tom Stankov - Silvestr İvanov və Delço Raeva - Kiril Hacıyevə məğlub olaraq ikinciliklə kifayətlənməli olublar. Reqlamentə əsasən oyunlar milli milliyə qarşı prinsipi ilə keçirildiyindən ikili final baş tutub. Kişilərin Belqraddakı mübarizəsində həmçinin Albaniya və Litva komandaları da çıxış ediblər.

Bununla da həm kişi, həm də qadınlardan ibarət millilərimiz Kontinental Kubokun üçüncü mərhələsinə vəsiqə əldə ediblər.

Xatırladaq ki, Belqradda keçirilən yarışda ölkəmizi həm kişi, həm də qadınlardan ibarət cütlərimiz təmsil ediblər.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!