1 Sentyabr, 2014
Pakistanda qanlı iğtişaş - 3 ölü

Pakistanda hökumət əlehinə keçrilən kütləvi etiraz aksiyalarında qan tökülüb. Aksiya iştirakçıları istefasını tələb etdikləri Baş nazir Navaz Şərifin idarəsinə yaxınlaşarkən, hökumət qüvvələri ilə aralarında qarşıdurma yaranıb. Nəticədə 3 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Simsar.az-ın məlumatına görə, Pakistan Xalq Hərəkatı (PAT) və Pakistan Ədalət Hərəkatı tərafdarlarının 14 avqustdan bəri hökumət əlehinə keçirdikləri dinc aksiyada qanlı qarşıdurma yaşanıb. PAT liderinin öz tərəfdaşlarına Baş nazirlik idarəsinə yürüş etmək əmrindən sonra polis aksiyaya sərt müdaxilə edib.

Qeyd edək ki, aksiyalara səbəb, Pakistan Ədalət Hərəkətinin lideri İmran Hanın, 2013-cü il seçimlərində hiylə olduğunu iddia etməsi olub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!