1 Sentyabr, 2014
Üç gün qaz olmayacaq

Şamaxı və Qobustan rayonlarında iki gün ərzində təbii qazın verilişdə məhdudiyyət olacaq. “Azəriqaz” İB-dən Simsar.az-a verilən məlumata görə, buna səbəb qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılmasıdır. Belə ki, 01.09.2014-cü il tarixindən 03.09.2014-cü il tarixədək Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!