1 Sentyabr, 2014
Bakı Uşaq Teatrı Beynəlxalq proqramda

Bakı Uşaq Teatrı beynəlxalq proqramda təmsil olunacaq

Simsar.az-ın xəbərinə görə Bakı Uşaq Teatrının əməkdaşı, ssenarist Arzu Soltan Mədəniyyət sahəsində İdarəetmə üzrə Vişeqrad Akademiyası nın açılış tədbirlərinə qatılmaq üçün bu gün Polşanın Krakov şəhərinə yola düşüb.

Mədəniyyət sahəsində İdarəetmə üzrə Vişeqrad Akademiyası (The Visegrad Academy of Cultural Management (VACuM) bu sahədə çalışan mütəxəssislər üçün təşkil olunan uzunmüddətli təlim proqramıdır.  Proqrama Vişeqrad ölkələri  (Polşa, Çexiya, Macarıstan, Slovakiya) və Avropa Şərq Tərəfdaşlığı ölkələrində bu sahədə çalışan mütəxəssislər dəvət olunub.

Proqram mədəniyyət siyasəti və idarəetmə sahəsində bilik və bacarıqların, eləcə də professional imkanların və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Məqsəd həmçinin iştirakçının öz ölkəsində islahat proseslərinin hazırlanmasında  fəal rol oynamağa,  yenilikçi və səmərəli üsullarından istifadə etməyə cəlb etməkdir. Layihə Avropa mədəni mübadilə şəbəkələrinin genişlənməsinə xidmət etməyi hədəf götürüb.

Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi müxtəlif layihələrlə bağlı təqdimatla çıxış edəcə,  maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!