1 Sentyabr, 2014
Türkmənlər İŞİD zülmündən azad oldular

İraqda türkmənlərin yaşadığı Amirli qəsəbəsi, 80 günlük İŞİD mühasirəsindən sonra İraq ordusunun nəzarətinə keçib. 20 min əhalisi olan qəsəbəni azad etmək üçün ABŞ İraq ordusuna havadan dəstək verib.

18 saatlıq ağır əməliyyatdan sonra İŞİD gücləri bölgədən pərən-pərən salınıb. Əməliyyatda İraq ordusu ilə yanaşı ABŞ hava qüvvələri, peşmərgə və şiə silahlıları da iştirak ediblər. Döyüşlərdə İŞİD-in böyük itki verdiyi bildirilir.

Qeyd edək ki, İŞİD mühasirəsində olan qəsəbədə türkmənlər 80 gün aclıq susuzluqla mübarizə aparıb. Öz məhdud gücləri hesabına İŞİD-in hücumlarının qarşısını alırdılar. Bir çox ölkələr qəsəbəyə havadan qida yardımı edirdilər. Qəsəbə qətliam təlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!