1 Sentyabr, 2014
Fransada yaşayış binası çökdü: 10 yaralı, 3 ölü

Fransanın paytaxtı Parisin yaxınlığında bina çöküb. Simsar.az xəbər verir ki, bina partlayış nəticəsində dağılıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır, yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Dağıntıların altında daha 5 nəfərin də qaldığı ehtimal edildiyi üçün xilasedicilər qrupu  fəaliyyətini davam etdirir.

Partlayışın dəqiq səbəbi bilinmir. Hadisə yerinə gəlmiş Fransa daxili  işlər naziri Bernard Cazeneuve ilkin ehtimal kimi kustar üsulla çəkilmiş qaz xəttindən sızma ola biləcəyini istisna etməyib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!