1 Sentyabr, 2014
İŞİD yezidi qızlara zor tətbiq edir

İŞİD-in yezidi şəhəri Sincarda etdiyi qətliam və zorlamalarla bağlı hər gün qandonduran yeni bir xəbər çıxır.

İŞİD-in əlindən xilas ola bilən bir yezidi qızının başına gələnləri danışması, hadisələrin nə qədər dəhşətli olduğunu sübut edir. Yezidi qız, İŞİD silahlılarının əvvəl, “müsəlman olsanız qardaş olarıq, ailələr qurarıq” dediklərini, daha sonra gənc qız və qadınları zorladıqlarını, hər cür insanlıqdan uzaq əməlllər etdiklərini danışıb.

“Bizi durmadan zorladılar. İŞİD-in əmiri 3 qızı alıb özü ilə apardı” deyən qız, yanlarından aparılan qızların öncə şeyxə hədiyyə edildiyini, sonra isə satıldıqlarını deyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!