30 Avqust, 2014
Azərbaycanda yük maşını yandı

Azərbaycanda yük maşını yanıb.

Simsar.az-ın məlumatına görə, hadisə Bərdə rayonunda baş verib.

Belə ki, rayon mərkəzindən 19 km aralıda yerləşən Qaradəmirçi kəndində vətəndaşa məxsus "Qaz" markalı yük avtomobili yanıb.

Yanğın zamanı avtomobilin banına yığılmış 1,2 ton ot bağlaması da yanıb.

Qoşqu və qoşquya yığılmış 4,2 ton ot bağlaması yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!