30 Avqust, 2014
"Şeytanlar"dan növbəti transfer

"Mançester Yunayted" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Simsar.Az-n "BBC"ə istinadən yaydığ xəbərə görə, "MY" "Ayaks"da oynayan Deyli Blindi transfer edib.

Bu transferin İngiltərə təmsilçisinə 14 milyon funt-sterlinqə başa gələcəyi bildirilir. "MY"nın D.Blindi aldığını bu günlərdə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Hollandiya millisinin şərəfini qoruyan D.Blind "DÇ-2014"də iştirak edib. O, bu turnirdə oynadığı 7 matçda 1 qol vurub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!