30 Avqust, 2014
Seymur Həzi məhkəməyə gətirildi - Foto

“Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da saxlanılan Seymur Həzi bu dəqiqələrdə Abşeron rayon məhkəməsinə gətirilib.

Simsar.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Məhkəmə binasının önündə səhər saatlarından etibarən Seymur Həzinin yaxınları, həmkarları və partiyadaşları toplaşıblar.

Dünən məhkəmənin saat 11:00-da olacağı elan edilmişdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!