30 Avqust, 2014
Türkiyədə “salam krizi” – VİDEO

Ərdoğan və Kılıçdaroğlu arasında növbəti anlaşılmazlıq yaşanıb

Türkiyədə 30 avqust Zəfər Bayramı ilə bağlı tədbirdə, prezident Rəcəb Tayyib Ərdoğanla, CHP sədri Kamal Kılıçdaroğlu arasında salamlaşma anlaşılmazlığı yaşanıb. Ərdoğan salamlaşmaq üçün Kılıçdaroğluna əl uzadıb, CHP sədri də bunu görməyincə yerinə oturub, Türkiyə prezidentinin əli havada qalıb. Daha sonra Kılıçdaroğlu salamı almaq üçün ayağa durmaq istəsə də, artıq gec olub. Maraqlıdır ki, türk mətbuatında hadisəylə bağlı, Kılıçdaroğlu Ərdoğanın salamını almadı başlıqlı xəbərlər yayılıb. Lakin videodan da görünür ki, bu sadəcə bir anlaşılmazlıq olub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!