30 Avqust, 2014
Məşhur türk aktyor Heydər Əliyevin qayınatasını oynayacaq

Türkiyənin "Kaybolan Yıllar", "Araf Zamanı", "Serçe" və "Aynalı Tahir" kimi reytinqli seriallarında rollar alan uğurlu və sevilən aktyor Saruhan Hünel Azərbaycandadır. Azərbaycana Ümummilli lider Heydər Əliyevlə bağlı çəkiləcək film layihəsiylə bağlı gəlib.

Simsar.az xəbər verir ki, aktyor bu barədə yerli mətbuata müsahibəsində açıqlama verib: “Rejissor və “Space” kanalının prezidenti Vaqif Musatafayevin dəvəti ilə gəlmişəm. Azərbaycanın ulu öndəri Heydər Əliyevlə bağlı filmə çəkilirəm. Bu filmdə sayın Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandırıram. Geniş informasiya verə bilməyəcəyəm. Amma, düşünürəm ki, maraqlı bir iş olacaq”.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!