30 Avqust, 2014
Uşaq səs-küy salan fəhləni belə cəzalandırdı

Çinin Quizhu əyalətində yaşayan 10 yaşlı uşaq cizgi filmi izlərkən səs-küy salan inşaat işçilərindən birinin təhlükəsizlik ipini bıçaqla kəsib.

Simsar.az xəbər verir ki, soyadının Lui olduğu açıqlanan fəhlə, binanın 8-ci mərtəbəsində 40 dəqiqə asılı vəziyyətdə qalıb. Hadisə yerinə gələn xilasetmə qrupu Luini 11-ci mərtəbədən uzatdıqları iplə çəkərək xilas ediblər. Lui xilas olduqdan sonra: “Uşağın ipi kəsdiyini gördüm. Çığırdım amma məni eşitmədi” deyib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!