30 Avqust, 2014
Ərdoğan Atatürkü ziyarət etdi - İLK DƏFƏ - VİDEO

Avqustun 30-u Türkiyənin Zəfər bayramı bu gün Ankarada təşkil edilən rəsmi mərasimlə qeyd olunur.

Simsar.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər bayramı çərçivəsində ilk olaraq Anıtqəbiri ziyarət edərək Atatürkün büstünün önünə çələng qoyub. R.T.Ərdoğan ilk dəfə Ali Baş Komandan kimi Anıtqəbirə çıxıb. Aslanlı yolda yürüşlə başlayan, Baş nazir Əhməd Davudoğlu, TBMM başqanı Cəmil Çiçək, Baş Qərargah rəisi Necdət Özəl, CHP başqanı Kamal Kılıçdaroğlundan təşkil olunan heyətə prezident R.T.Ərdoğan başçılıq edib.

Atatürkün mavzoleyinə çələng qoyan Ərdoğan daha sonra yanındakılarla birlikdə sayğı duruşunda dayanıb. Sonra “Misak-ı Milli” qülləsinə keçən Ərdoğan Anıtqəbir xatirə dəftərini imzalayıb.

Prezident daha sonra Çankayadakı iqamətgahına keçərək təbrikləri qəbul edib.

 

video

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!