30 Avqust, 2014
İngilislərin İŞİD QORXUSU

İngiltərə Daxili İşlər Naziri Theresa May, Suriya və İraqda yaşanan son hadisələrdən sonra, beynəlxalq terror təhlükəsi səviyyəsinin bir pillə artırılaraq “çox ciddi”yə yüksəldildiyini açıqlayıb.

İngiltərədə Təhlükəsizliklə bağlı 16 qurumdan ibarət “Terrorizm Analiz Mərkəzi”nin Suriya və İraqda yaşanan son hadisələr nəticəsində terror təhlükəsi səviyyəsini dəyişdirdiyinə işarə edən nazir May, İngiltərədə yaxın zamanda terror aktı törədiləcəyi ilə bağlı hər hansı bir kəşfiyyat məlumatı almadıqlarını bildirib.

Qeyd edək ki, baş verən hadisələr və alınan məlumatlar əsasında dəyişdirilən terror təhlükəsi 5 səviyyədən ibarətdir - “aşağı”, “mümkün”, “ciddi”, “çox ciddi” və “kritik”. Hazırkı “çox ciddi” səviyyəsi, “böyük ehtimalla terror aktı törədiləcək” mənasına gəlir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!