30 Avqust, 2014
30 litr motor yağını başından aşağı tökdü

İngiltərədə bir usta internet dünyasının son dövrlərdə ən məşhur trendinə çevirilən “Buzlu su” çılğınlığını bir addım irəli aparıb.

Simsar.az xəbər verir ki, dostları ilə mərcə girən Kolin Meyik adlı adam xərçəng xəstələrinə kömək edən bir xeyir qurumuna 300 sterlinq yardım qarşılığında, başından aşağı 30 litr motor yağı tökdürüb. Bu il xərçəngə təslim olan anasının xatirəsi üçün belə bir meydan oxuyan usta qısa zamanda  ölkə miqyasında  məşhurlaşıb. Görüntülərin internetə yüklənməsindən bir neçə saat sonra, toplanan yardımın miqdarı 200 sterlinqi aşıb.

 

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!