30 Avqust, 2014
Səddam Hüseynin qızı pullarını İŞİD-ə verdi

Alman Der Spiegel jurnalı, İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raqhad Hüseynin, İŞİD-ə maliyyə yardımı etdiyini iddia edib.

Xəbərdə İordaniyada lüks bir həyat yaşadığı bildirilən Hüseynin, milyonlarla dollarlıq sərvətinin olduğu və bunun da bir qismini İŞİD-ə verdiyi iddia edilib.

Jurnal, bəzi adını çəkmədiyi şərqli diplomatlara istinad etdiyi xəbərdə, Bəəs rejiminin qisasını almaq istəyən Raqhad Hüseynin, iqtidar xəyalları qurduğunu yazıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!