30 Avqust, 2014
Şakira: “İkinci körpəmizi gözləyirik”

Kolumbiyalı müğənni Şakira ikinci dəfə ana olacaq. Simsar.az xəbər verir ki, 37 yaşlı müğənni bu xoş xəbəri özünün facebook və tvitter səhifələrindəverib: “Bəli ikinci körpəmizi gözləyirik. Xoş arzularınız üçün hamınıza təşəkkür edirəm”.

Xatırladaq ki, Şakira və İspaniyanın “Barselona” futbol klubunda oynayan 27 yaşlı futbolçu Gerard Pique cütlüyünün keçən il Milan Pique Mebarak adlı oğlanları dünyaya gəlib.

 

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!