30 Avqust, 2014
Sərhəd kəndlərimiz suvarma suyu ilə təmin olunacaq

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Alpout, Abbasbəyli, Fərəhli və Qaymaqlı kəndlərində əkin sahələrinin suvarılması üçün görülən işlər yekunlaşmaq üzrədir.

Simsar.az xəbər verir ki, sözügedən kəndlərə su təmas xəttinə yaxın yerləşən Çoğaz su anbarından veriləcək. Abbasbəyli və Fərəhli kəndləri anbarın yerləşdiyi ərazidən 250-300 metr yüksəklikdə olduğu üçün Fərəhlidə 1000 kubmetrlik su tutumu olan anbar inşa edilib. Çoğazdan bu anbara suyun vurulması üçün 4300 metrlik boru xətti, həmçinin 35 min kilovoltluq elektrik xətti çəkilərək 4 su nasosu quraşdırılıb. Layihə çərçivəsində görülən işlər yaxın günlərdə başa çatdırılacaq.

 

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!