29 Avqust, 2014
Məktəblini maşın vurdu

Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Simsar.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 17:30 radələrində Ləki-Xınaxlı avtomobil yolunun 8-ci kilometrliyində, Adab kəndi ərazisində qeydə alınıb.

Rayonun Ağzıbir kənd sakini 1986-cı il təvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi 99-BF-932 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub. Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!