29 Avqust, 2014
80 yaşlı kişi qəzada öldü

Azərbaycanda 80 yaşlı kişi qəzada ölüb.

Simsar.az-ın məlumatına görə, yol qəzası Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində baş verib.

Belə ki, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "NİSSAN" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHn-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər T.M.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!