29 Avqust, 2014
Azərbaycan pilotları ermənilərlə eyni yarışda

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək.

Federasiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq.

3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar.

Xatırladaq ki, 2012-ci ildə keçirimiş 2-ci Beynəlxalq Ardeşen Offroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!