29 Avqust, 2014
Oqtay Şirəliyev qəbul keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Səhiyyə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu gün səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Şabran, Xaçmaz rayon sakinlərini qəbul edmişdir. Qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırıb.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!