29 Avqust, 2014
Şəkidə yanğın yenidən alovlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, dünən Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə yanğın baş verib. Yanğın bu gün saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.

Alovun qarşısını almaq üçün əraziyə ETSN-in Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.

Aysel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!