29 Avqust, 2014
Suriyada xəstəxanalar yer altına enir

Simsar. az xəbər verir ki, Suriyada davam edən daxili müharibə vətəndaşlarla bərabər xəstəxnaları da hədəfə alıb. Hücumlar nəticəsində indiyə qədər müalicə üçün xəstəxanaya gələn yaralılarla birlikdə, bir neçə həkim və tibb bacısı da həyatını itirib.

Hücumlardan qorunmaq məqsədi ilə Hama, Hələb və İdlibdə başladılan inşaat davam edir. Təxminən 2 aya başa çatdırılması nəzərdə tutulan və 3 hissədən ibarət olan xəstəxana yerin altında tikilir. Hama bölgəsi Tibbi Komisiyasının nümayəndəsi Əbu Casim açıqlama veərrək bildirib ki,  xəstəxana gün ərzində 25-30 xəstə qəbul edəcək.

Bomblardan xilas olmaq məqsədi ilə tikilən xəstəxanalardan biri də dağın altında inşa edilir. Hama sahillərində yerləşən dağlardan birinin təxminən 20 metr altında tikilən otaqlardan ibarət xəstəxananın təxminən 4 aya tamamlanacağı bildirilib.

Bu günə qədər 160-dan çox həkimin öldürüldüyünü bildirən səlahiyyətli şəxslər xəstəxanın fəaliyyətə başlaması ilə istər müalicə alan xəstələr, istərsə də tibb işçilərinin daha təhlükəsiz olacaqlarını ifadə ediblər.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!