29 Avqust, 2014
Barak Obama: “Hələlik heç bir strategiya müəyyənləşdirməmişik”

ABŞ prezidenti Barak Obama İŞİD ilə mübarizədə hələlik heç bir starategiya müəyyənləşdirmədiklərini açıqlayıb.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Obama Ağ Evdə təşkil edilən iclasda İŞİD-ə qarşı mümkün hərbi hücum üçün Konqresin razılığının önəmi barədə fikirlər səsləndirərkən “Strategiya formalaşdıqca Konqreslə birgə hərəkət etməyə davam edəcəyik. Konqresin bu müzakirəyə qatılması önəmlidir. Beləcə, Amerika xalqı da münaqişənin bir parçası ola biləcək”, deyib.

Ehtiyyatı əldən vermək istəməyən prezident hələlik dəqiq strategiya müəyyənləşdirmədiklərini, “İşi tərs istiqamətdə görmək istəmirəm” deyərək izah edib. O, həmçinin hazırda yayılan xəbərlərin mövcud vəziyyətdən çox irəlidə olduğunu da dilə gətirib.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!